İraqda Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.
Unikal.org-un "France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İraq baş naziri Heydər əl-İbadi bəyan edib. Mosulun qərb hissəsi 3 aydır ki, İraq ordusunun mühasirəsindədir.
Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Əməliyyatın gedişində evlərini tərk etmiş 190 min şəhər sakinindən 30 minə yaxını artıq evlərinə qayıdıb.