Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq, tərk edilib.
Unikal.org xezerxeber-e istinadən xeber verir ki, yeniyetmə qız Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Anası onu 3 gün əvvəl sığınacağın qarşına qoyraq çıxıb gedib.
Qız anasının onu tək qoymaması üçün yalvarsa da, bir faydası olmayıb. Bir müddət küçələrdə qalan qızcığaz, artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır. 12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyk arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik: