Rusiya ordusu və hərbi sənayesinn nümayəndələri ən yeni silah növlərini və xüsusi hərbi texnikanı Arktikada sınaqdan keçirməyə başlayıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Dmitri Bulqakov elan edib. Qoşunların Arktikaya yürüş marşrutu Yakutiyanın Tiski qəsəbəsindən Arktikadakı Kotelnıy adasına və oradan dənizlə buz üzərində geriyədir. Yürüşün ümumi uzunluğu 2 min kilometrdən yuxarıdır.

Yürüş zamanı hərbi təyinatlı qarda özüyeriyən maşınlar, zirehli və tırtıllı transportyorlar, TREKOL özüyeriyənləri, DT-10PM və DT-30PM modernləşdirilmiş transportyorları, dgər hərbi texnika istifadə olunacaq.

Rusiya son illər Arktikada hərbi iştirakını sürətlə genişləndirir, ir-birinin ardınca təlimlər keçirir və yeni hərbi bazalar qurur.