Axşam saatlarında Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

19:00

Axşam saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun Alar və Qarazəncir kəndləri arasındakı hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Reportun Aran bürosu xəbər verir ki,qəza kiçik tutumlu yük maşını ilə "BMW markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, "BMWnin sürücüsü və salondakı sərnişin hadisə yerində ölüb. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan biri Sabirabad rayonu, Surra kənd sakini, 25 yaşlı Yunis Yusif oğlu Əsgərovdur. Qəza zamanı dünyasın dəyişən şəxslər isə Cəlilabad rayonun Ocaqlı kənd tam orta məktəbinin direktoru Mirəhməd Ağayev və Ocaqlı kənd sakini Şakir Babayevdir.

Faktla bağlı araşdırma aparılır.