Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib.
Unikal.org-un məlumatına görə, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko bildirib.
Onun sözlərinə görə, insident nəticəsində 1 polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. "112 Ukrayna 10 etirazçının müxtəlif dərəcəli xəsarət aldığı barədə məlumat yayıb.
Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.