Liviyanın paytaxtı Tripolidə naməlum şəxslər ölkənin baş naziri Faez əs-Sərracın olduğu korteji atəşə tutub.

Unikal.org xarici mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində nazirin iki mühafizəçisi yaralanıb.

Kortejdə baş nazirlə yanaşı Ali Dövlət Şurasının sədri və prezident mühafizə xidmətinin rəhbərinin də olduğu bildirilir.

Qeyd edək ki, baş nazirin vəziyyəti barədə məlumat verilməyib.