Rusiyanın  paytaxtı Moskvada ruhi xəstə ailəsini girov götürüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs arvadı və uşaqlarını Borovski şossesində yerləşən yaşayış evində girov saxlayır.

O, İran, Çin və ya Şimali Koreyadan sığınacaq istədiyini bildirib.

Diqqətə çatdırıb ki, bu yaxınlarda sui-qəsdə məruz qalıb, ona görə də mənzildən çıxmaq istəmir.