Suriyada avtomobilin minaya düşməsi nəticəsində Rusiyanın dörd hərbçisi həlak olub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, daha iki hərbçi yaralanıb.

Rusiyalı hərbi müşavirlərin olduğu avtomobil Suriyanın Tiyas aerodromundan Homs şəhərinə doğru hərəkət edirmiş.