İranda sel fəlakətindən ciddi zərər görmüş bəndin fonunda selfi etmək istəyən şəxs həlak olub.

Unikal.org "Ria Novostiyə istinadən xəbər verir ki, bədbəxt hadisə ölkənin cənub hissəsində yerləşən Ciruft şəhəri yaxınlığında baş verib. 

Belə ki, bənd fonunda selfi çəkdirmək istəyən zaman İran vətəndaşını sel aparıb. Faktı yaxınlıqda olan "Qızıl Aypara humanitar təşkilatının nümayəndələri də təsdiq edib. 
Selin apardığı şəxsin meyiti hələ tapılmayıb.