"Rusiya tarixdə Türkiyə ilə əlaqələrdə ciddi səhvlərə yol verib.
Unikal.org xəbər verir ki, bunu "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" proqramında Rusiya Liberal Demokrat Partiyasının başçısı Vladimir Jirinovski deyib.
"Biz deyil, Avropa bizdən üzr istəməlidir. Biz isə tarixdə çox səhvlər buraxdıq. Onlara çox kömək etdik. Balkan xalqlarına kömək etdik, onlar isə NATO-ya qaçdı. Kaş ki, türklərlə birlikdə Cənubi Avropanı ələ keçirsəydik. Bu bizim üçün faydalı olardı. Almanlarla birgə Avropanın digər bölgələrini ələ keçirməli idik. İndi üç güclü ordu - Rusiya, Türkiyə və Almaniya orduları olacaqdı. Dünya da rusca, türk və alman dillərində danışacaqdı. Amerika da olmayacaqdı. Amma biz bunu etmədik, - deyə siyasətçi bildirib.
Jirinovski Ukraynanın Donbas bölgəsini hər gün bombalamasına Qərbin göz yumduğunu vurğulayıb.