Dünyanın ən tıxaclı şəhərlərinin reytinqi tərtib edilib.
Unikal.org olke.az-a istinadən xəbər verir ki, Los-Anceles dünyanın ən tıxaclı şəhəri elan edilib. Bu barədə "İnrix" şirkətinin analitikləri məlumat verib. 2016-cı il ərzində sürücülər bu şəhərdə 104 saat tıxacda vaxt itiriblər.
Reytinqin ikinci pilləsində Moskva şəhəri qərarlaşıb. Sürücülər bu şəhərdə 91 saat tıxacda oturublar.
Üçüncü pillədə 89 saatla Nyu-York şəhəri qərarlaşıb.
Reytinq cədvəlində San-Fransisko və Kolumbiyanın Boqota şəhəri də yer alıb. Sonra isə ardıcıl olaraq San-Paulu, London, Atlanta, Paris yer alıb. Mayami isə top onluğun sonuncu pilləsində qərarlaşıb.
Amerika şəhərlərinin cədvəldə çoxluq təşkil etməsini ekspertlər ABŞ-da iqtisadi stabillik, əhalinin məşğulluq səviyyəsi və ucuz yanacaq qiymətləri ilə izah ediblər.