Hindistanın Karnataka ştatının Dxarvad şəhəində 17 yaşlı hindistanlı öz dəfn mərasiminə gedən yolda ayılıb.
Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeniyetmənin valideyinləri deyiblər ki, təxminən bir ay əvvəl onu çöl iti dişləyib. Bundan sonra yeniyetmə bir neçə həftə boyu qızdırmadan əziyyət çəkib. Onun vəziyyəti ağırlaşanda xəstəxanaya yerləşdirilib.
Xəstəxanada yeniyetmə reanimasiya şöbəsinə yerləşdirildib. Həkimlər qərara gəliblər ki, o, süni tənəffüs aparatı olmadan yaşaya bilməyəcək. Onun valideyinləri maddi imkanları olmadığından qərara gəliblər ki, müalicədən imtina etsinlər və oğullarını evə aparsınlar. Evdə bir neçə müddət o, həyat əlaməti vermədikdən sonra, valideyinləri gəncin dünyasını dəyişdiyini fikirləşiblər.
Mərhumun dəfn ediləcəyi gün, cənazəsi şəhərdən kəndə götürülərkən elə yoldaca görünməmiş hadisə baş verib. Belə ki, mərhum qəflətən ayılıb.
Həkimlərin sözlərinə görə, hazırda o, meninqoençefalit diaqnozu ilə xəstəxanada yerləşdirilib.