İsveçin Stokholm şəhəri yaxınlığında, Rinkebü rayonunda miqrantlar kütləvi iğtişaşlar törədib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kütləni dağıtmaq üçün polis havaya xəbərdarlıq atəşi açıb, buna cavab olaraq etirazçılar polisi daş-qalaq edib.

İlkin versiyaya əsasən, iğtişaşlara səbəb axtarışda olan miqrantın saxlanılması olub. Buna etiraz edən miqrantlar 10-a yaxın avtomobili yandırıb.

Qeyd edək ki, ötən il sonunda Parisdə və Madriddə miqrantların iştirakı ilə kütləvi iğtişaşlar baş verib.