Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.
Onların heç birinin həyatı üçün təhlükə olmayıb.
Xəsarət alanlar Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdilər.