Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nizam-intizam qaydalarını pozan azərbaycanlı məhbusun cərimə "izolyator"una qoşulması səbəbindən baş verib. Məhbus qəfildən onu "izolyator"a qoşan həbsxana nəzarətçisinə hücum edərək boğmağa başlayıb.
Adı açıqlanmayan məhbusun həbsxanada 9 il, 10 ay müddətlə cəza çəkdiyi məlumdur.
Başqırdıstanın Ali Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt Rusiyanın islahedici sistemində görünməmiş hadisədir.
Hazırda fakt üzrə araşdırma aparılır. Təhqiqatın nəticəsinə görə qərar qəbul ediləcək.