Mer Prezidentdən təcili tapşırıq aldı.

Moskva meri Sergey Sobyanin prezident Vladimir Putinə paytaxt ərazisində beşmərtəbəli binaların bərbad vəziyyətdə olduğunu deyib, president isə onların yerinə yeni binalarlın tikilməsini məsləhət görüb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Sobyanin Moskva ərazisində 25 milyon kvadrat metr ərazidə köhnə yaşayış binalarının olduğunu, həmin binalarda 1,6 milyon insanın yaşadığını deyir.

Merin sözlərinə görə, bu binaların təmir olunub yenidən istifadəyə verilməsi planlaşdırılsa da, sonradan onların təmirə yararsız olduğu məlum olub.

Prezident öz növbəsində, bu binaların yeniləri ilə əvəzlənməsini məsləhət gördü.
Sobyanin "xruşovkaların 2017-2018-ci illərdə sökülüb başa çatdırılmasının planlaşdırıldığını deyib.