Masallıda 15 yaşlı məktəbli ölüb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun böyük Kolatan kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü İlqar Zaur oğlu Əmənov evdən çıxıb dərsə gedəndə həyətdə qəflətən yıxılaraq ölüb. Kəndin icra nümayəndəsi Valeh Mikayılov məktəblinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
İ. Əmənovun atası 6 ay öncə vəfat edib.