Türkiyə Silahlı Qüvvələrində hicab qadağası aradan qaldırılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin qərarı ilə Baş Qərargah və digər əlaqəli birliklərdə xidmətdə olan qadın gizir və zabitlər istədikləri təqdirdə bundan sonra baş örtüyündən istifadə edə biləcəklər.
Bu qərarın təkcə şəxsi heyətə deyil, müdavimlərə də aid edildiyi bildirilir.