Rusiyanın hüquq-mühafizə orqanları 25 yaşlı azərbaycanlı oğlanı beynəlxalq axtarışa verib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 23 dekabr 1992-ci il tarixində Qax rayonunun Güllük kəndində anadan olan Azərbaycan vətəndaşı İsmayılov Elnur Rəcəb oğlu terror təşkilatına üzv olmaqda və ölkə xaricində döyüş əməliyyatlarında iştirakda təqsirli bilinir. Rusiya məhkəməsinin qərarı ilə onun barəsində beynəlxalq axtarış elan edilib.

E.İsmayılovun yaxınları bildiriblər ki, o, ailəsi ilə birgə 90-cı illərdə Rusiyanın Novosibirsk bölgəsinə köçüb. E.İsmayılov burada radikal dini təriqətlərdən birinin təsiri altına düşüb və bir müddət əvvəl Suriyaya qaçıb. Elnurun evdən qaçdığını bilən kimi atası Rusiyanın və Azərbaycanın hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.