Masallıda 60 yaşlı kişi özünü ağacdan asıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan kəndirlə asaraq intihar edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.