Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə "Beynəlxalq münasibətlərin gələcəyi mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir.

İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.