Erməni ordusunun daha bir əsgəri ölüb.

Unikal.org bildirir ki, bu barədə news.am saytı məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 23-də saat 00:45 radələrində Qarabağda yerləşdirilən erməni hərbi hissələrdən birinin əsgəri, 1991-ci il təvəllüdlü Gor Frunzik Khoudinyan naməlum şəraitdə ölüb.
Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi dünən yaydığı məlumata görə, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Düşmən isə bütün ölən hərbi qulluqçularının ölümünü gizlədir.