Türk Hava Yollarına (THY) məxsus TK-78 saylı Boeing 777 tipli təyyarə Mayamidən İstanbula uçmaq üçün son hazırlığını görərkən sərnişinlərdən biri üzərində bomba olduğunu deyib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, anası ilə səfərə çıxan Uçkun Erdem adlı şəxs son yoxlanışı etmək üçün yanına gələn ekipaj üzvünə: "Üzərimdə bomba var", - deyib.
Təyyarədən olayla bağlı dərhal polisə xəbər verilib. Polislər Uçkun Erdemi yanında olan anası ilə birlikdə nəzarətə alıblar. Uçkun Erdemin ön və arxasındakı 3 sıra oturacaqda oturan sərnişinlərin bütün çamadanlarını və əl çantalarını endirərək təkrar axtarış aparıblar.
Uçkun Erdem psixoloji problemləri olduğunu və bu sözləri də bir anlıq qəzəblə söylədiyini bildirib.