Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.
D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sürücü hadisə yerindən qaçıb.