Fevralın 23-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7498 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 23-nə USD/AZN rəsmi məzənnəsi 1,7447 səviyyəsində müəyyən olunub.