Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti Kalyulaydaya məktub ünvanlayıb. 

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".