Ukrayna parlamentinin deputatı, prezident Pyotr Poroşenkonu dəstəkləyən "Pyotr Poroşenko bloku fraksiyasının üzvü Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb.

Unikal.org RiaNovosti-yə istinadən xəbər verir ki, Odessa prokuroru Oleq Juçenko artıq deputatın təhlükəsiz ərazidə olduğunu, ona qarşı edilən hücumun qarşısının alındığını bildirib.

Juçenko bildirib ki, cinayətkarlar yalnız deputatı döyərək, ona bədən xəsarətləri yetirməyə çalışıblar. Artıq 3 nəfər həbs edilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan deputatın oğurlandığını təsdiq etmişdi. Fraksiyanın üzvü Aleksandr Brinqinets bildirib ki, Qonçarenko fevralın 22-də Odessaya təcili görüşə gedib.

Məlumata görə, A.Qonçarenko Odessa şəhərinin keçmiş meri Aleksey Kostuseyevin oğludur. O, əvvəllər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Regionların Partiyasının üzvü olub. Həmin dövrdə Odessa Vilayət Şurasına başçılıq edib.

>