SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Bavariyadakı villasını satışa çıxarıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, villanın qiyməti 7 milyon avro nəzərdə tutulub.

Oberax şəhərinin meri Kristian Kök bildirib ki, Qorbaçov evinə sonuncu dəfə 3 il öncə gəlib.

Məlumata görə, villanın 17 otağı var. 2006-cı ildə villanı Qorbaçovun qızı İrina Virqanskaya alıb.