Çində 80 ildir evli olan cütlüyə toy fotosessiyası çəkilib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, 102 yaşlı Kinqlin Sinq və 99 yaşlı həyat yoldaşı Lişi Sinq 1936-cı ildə ailə qurub. Onlar kasıb olduqları üçün dəbdəbəli mərasim keçirə bilməyiblər.

Hazırda cütlüyün 6 uşağı, 5 nəvəsi və 4 nəticəsi var. 4 nəsil eyni evdə yaşayır.

2016-cı il aprelin 23-də evliliklərinin 80 illiyini qeyd edən yaşlılara yaxınları sürpriz edərək, onlar üçün toy fotosessiyası hazırlamaq qərarına gəliblər.

Belə ki, Lişiyə gəlinlik, Kinqlinə isə Çinin ənənəvi bəy libası geyindirilib.