Təyyarənin salonunda işıqlar söndü, mühərrikdə problem yarandı
"Şeytan üçbucağı kimi tanınan Bermud üçbucağı Türkiyə-Kuba reysi ilə uçan "Türk Hava Yollarına məxsus təyyarəni vaxtından əvvəl enməyə məcbur edib.
Unikal.org-un "CNN Türkə istinadən verdiyi xəbərə görə, təyyarə mühərrikində yaranan texniki problem səbəbindən təcili Vaşinqtonun "Dallas Beynəlxalq Hava Limanına eniş edib.
Təyyarədə 175 sərnişin olub. Hava gəmisi Bermud üçbucağının üzərindən keçərkən salonun işıqları sönüb və pilot sərnişinlərə, ən yaxın hava limanına təcili eniş edəcəklərini xəbər verib.
Qeyd edək ki, "Şeytan üçbucağı kimi tanınan Bermud üçbucağı, Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Bu məkan, tez-tez anomal hadisələrin baş verdiyi, obyektlərin itdiyi sirrli yer hesab olunur.