Xəbər verdiyimiz kimi, Lerik rayonunda qar uçqunu baş verib. 

Rayonun Orat kəndində qeydə alınan hadisə insan tələfatı ilə nəticələnib. Qar yığınının kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşməsi nəticəsində ev uçub, Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb. 

Unikal.org 4 nəfərin ölümünə səbəb olan dəhşətli faciənin görüntülərini təqdim edir:



Amid Əyyuboğlu