Dünya tarixində torpaqlar yalnız qılınc və zor gücünə deyil, həm də ticarət sövdələşmələri ilə ələ alınıb.
Unikal.org modern.az-a istinadən öz torpağını pul müqabilində satan 6 ölkəni və sövdələşmələrin detallarını təqdim edir.
Hindular Manhetteni hollandiyalılara satdılar
1609-cu ildə hollandlar Manhetteni kəşf etdilər. Bir neçə onillik sonra adada Yeni Amsterdam (gələcək Nyu-York) adlı kiçik yaşayış məntəqəsinin əsasını qoydular. Öz sakinlərini qorumaq üçün Yeni Hollandiyanın qubernatoru Peter Minuit 1626-cı ildə adanı Manahatta adlı hindu tayfasından satın alır. Bunun üçün o, hindulara çoxsaylı bijuteriya, bıçaq, balta və müxtəlif paltarlar satır. Həmin əşyaların dəyəri 60 quldenə (indiki 500-700 dollara) bərabər olub.
İsveç Baltikyanı ölkələri Rusiyaya satdı
1700-cü ildə başlayan Şimal müharibəsi 1721-ci ildə Niştadt slühü ilə başa çatdı. Bu zaman üçün artıq ruslar Baltikyanı ölkələri, Finlandiyanı ələ keçirmişdilər. Lakin imzalanmış sülh ruslar üçün sərfəli olmur. Müqaviləyə görə, ruslar Finlandiyanı İsveçə qaytarır, Baltikyanı ölkələr üçün isə böyük məbləğdə kompensasiya ödəməli olur. Rusların belə ciddi güzəştə getmələrinin səbəbi kimi ölkə iqtisadiyyatının müharibədən sarsılması və Böyük Britaniyanın Rusiyaya qarşı geniş koalisiya qurmaq planları idi.
Fransa Luiziananı ABŞ-a satdı
Fransızlar XVII əsrdən başlayaraq Meksika körfəzindən tutmuş Missisipi dağlarına qədər geniş əraziləri ələ keçirmişdilər. Fransızlar yeni qitədə ələ keçirdikləri yeni əraziləri kral XVI Lüdoviqin şərəfinə Luiziana adlandırmışdılar. Sonradan Luiziana ispanların əlinə keçsə də, imperator Napoleon yenidən ərazini ölkəsinə qaytarır. Bu zaman ABŞ Luizianada yerləşən Yeni Orlean şəhərini satın almaq üçün fransızlara müraciət edir. Lakin gözlənilmədən Napoleon bütün Luiziananın təklif edir. O anlayırdı ki, müdafiəsiz Luiziana asanlıqla Britaniya ya ABŞ qoşunları tərəfindən ələ keçirilə bilər. Luiziana ərazisi 15 milyon dollara satıldı. Faizlərlə birlikdə bu rəqəm 23 milyon dollar təşkil edirdi. ABŞ sövdələşmə zamanı satın aldığı torpaqla öz torpaqlarından 2 dəfə böyük idi.
Ruslar Fort-Rossu (Kaliforniya) meksikalı biznesmenə satdılar
1812-ci ildə ruslar İspaniyaya məxsus Kaliforniya ərazisində Fort-Ross adlı məntəqə yaratdılar. Məqsəd Alyaskanı ərzaqla təmin etmək idi. Bu məntəqə üçün ərazisi ruslar yerli hindulardan 3 şalvar, 2 balta, 3 oraq və bir az ipək qarşılığında satın almışdılar. Məntəqə zərərlə işləyirdi və bir qədər sonra ingilislərlə Alyaskanın fasiləsiz ərzaqla təmin olunması barədə razılıq əldə olunduqdan sonra Fort Rossun mövcudluğuna ehtiyac qalmır.
1839-cu ildə ruslar məntəqəni satışa çıxardılar. Lakin təklif yalnız bu ərazilərə iddialı olan meksikalıları maraqlandırdı. Nəhayət, 1841-ci ildə Fort-Ross isveçrə mənşəli meksikalı Satterə 42857 gümüş rubla satılmışdı.
Ruslar Alyaskanı amerikalılara satdılar
Alyaska 1867-ci ildə, imperator II Aleksandrın zamanında ABŞ-a satılmışdı. Təklifi ruslar irəli sürmüşdü və hətta, tərəddüd edən amerikalı konqresmenlərə rüşvət də təklif etmişdilər. Moskva dünyanın ən uzaq guşələrindən birində yerləşən, birbaşa quru sərhədinin olmadığı Alyaskanı tez satmağı düşünürdü. Satışdan aldığı 7 milyon 200 min dollara ruslar imperiya daxilində dəmiryolu xətti çəkmişdilər.
Alyaska satıldıqdan qısa müddət sonra amerikalılar burada nəhəng neft ehtiyatları aşkar etmişdilər.
Danimarka Virginiya adalarını ABŞ-a satdı
XVII sərdə Danimarka Karib dənizindəki Virginiya adalarında özünə koloniya yaradır. Adalarda sakinlər içki və qul alveri ilə məşğul idilər. Lakin qul ticarətinin qadağan olunması və şəkərin qiymətinin 4 dəfə düşməsi nəticəsində koloniya zərərlə işləməyə başlayır.
1865-ci ildə Linkoln adanı satın almağı təklif edir. Ada sakinlərinin böyük əksəriyyəti bu təkliflə razılaşsa da, yeni seçilmiş prezident Qrant sövdələşməni ləğv edir.
1915-ci ildə Virginiya adaları Almaniya tərəfdinə zəbt oluna bilərdi. Bu təhlükəni nəzərə alaraq, ABŞ yenidən Danimarka hökumətinə təklif verir. Keçirilən referendumda ada sakinlərinin 64,2%-i sövdələşməni dəstəkləyir. Buna görə, ada 25 milyon dollara Amerikaya satılır. Bu məbləğ Danimarka krallığının yarım aylıq büdcəsinə bərabər idi.