Saatlıda vərəmli xəstə rentgen otağında ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10.00 radələrində Saatlı Mərkəzi Rayon Xəstəxanasının rentgen otağında qeydə alınıb. Təcili yardımla xəstəxanaya çatdırılan vərəmli xəstə rentgen otağında müayinə zamanı qəfildən ölüb.
Həkimlərin bildirdiyinə görə, ağır dərəcəli vərəm xəstəsinin səhhəti son anda ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.