"Vergi məcəlləsində tütün məmulatlarını və spirtli içkilərin şəxsi istehlak məqsədilə ölkəyə güzəştli gətirilməsinə dair güzəştlərdən şəxsi tələbat üçün yox, satış məqsədilə istifadə edilir".
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Qubada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hal büdcə proqnozunu yerinə yetirməyə problem yaratmasa da büdcənin daha da zənginləşməsinə problem yaradır: "2016-cı ildə qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, yalnız tütün məmulatlarının idxalı ilə bağlı 2015-ci illə müqayisədə həmin mal mövqeyi üzrə büdcəyə ödənilən məbləğdə 100 mln. manatdan çox azalma müşahidə olunub".
A. Əliyevin gömrük qanunvericiliyində biznes mühitinin və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının imzaladığı bir sıra sənədlərin tətbiqi il bağlı işlər aparılır. DGK-nin sədri yaşıl dəhlizin daha geniş tətbiqi ilə bağlı yeni müraciətləri araşdırdığını qeyd edib.