Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib. İş materiallarında təqsirləndirilən "Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmovun istintaqa verdiyi ifadə elən olunub. O. Rüstəmov isə istintaqdakı ifadəsini təsdiqləmədiyini deyib.
Vidadi Zeynalov isə O. Rüstəmovun ibtidai istintaqa verdiyi ifadəsinə etiraz edərək, ona irad tutub: "Orda demisən ki, mənim göstərişimlə qovşaq rəislərindən pul almısan. Müəyyən məbləğlərdən danışmısan. Bu, absurddur".
Qeyd edək ki, proses martın 1-də davam etdiriləcək.