Suriyanın Əl-Bab bölgəsinin minalardan təmizlənməsi zamanı torpağa basdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 türk hərbçi ölüb, 3-ü yaralanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, b barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Yaralılar dərhal xəstəxanaya aparılıb, həyati təhlükələri yoxdur.