Argentinanın mərkəzi bölgəsində ağır yol qəzası baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Santa-Fe əyalətində iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, hadisəyə avtobuslardan birinin idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub.

Ötən həftə Argentinada sərnişin avtobusun iştirakı ilə qeydə alınan yol qəzasında 19 nəfər ölmüş, 20-si yaralanmışdı.