ABŞ-ın aparıcı KİV-nin nümayəndələrini Ağ evdə təşkil edilən brifinqinə buraxılmadı.
Unikal.org xəbər verir ki, bu barədə CNN televiziya şirkəti açıqlama yayıb. Buraxılmayan KİV nümayəndələri arasında CNN, New York Times, Politico, Los Angeles Times kimi nüfuzlu müdia jurnalistləri olub.
Qeyd edək ki, Ağ evdə mətbuat katibi Şon Spayser ənənəvi brifinq əvəzinə, "kameralarsız" brifinq təşkil edib. Bu dəfə canlı yayım baş tutmayıb.
"Zala giriş vaxtı məni Ağ evin əməkdaşı dayandırdı və dedi ki, siyahıda mən yoxam",- CNN-nin müxbiri belə deyib.
Daha əvvəl CNN kanalı belə bir halla üzləşməyib. Səbəbsə açıqlanmır.