Roma papası Fransisk düşünür ki, dünya yeni müharibənin astanasındadır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Roma papasının sözlərinə görə, şirin suyun çatışmazlığı səbəbindən növbəti dünya müharibəsi başlaya bilər.
"Şirin su insanın yaşaması və gələcək nəslin mövcud olması üçün çox önəmlidir. Mən özümə sual verirəm, biz su çatışmazlığına görə yeni dünya müharibəsinə sürüklənmirikmi?- pontifik su resurslarından istifadənin hüquqi aspektlərinə həsr edilmiş konfransın gedişatında belə deyib.
BMT-ın məlumatına görə, hal-hazırda su resurslarının çatışmazlığına görə dünyada 40%-dən çox insan əziyyət çəkir. Planetin 783 milyondan çox sakini təmiz sudan istifadə edə bilmir.