Xızı rayon sakini, 46 yaşlı Qulu Sadiqov ov etmək istəyərkən özünü tüfənglə yaralayıb.
Unikal.org xəbər verir ki, o, ayaq nahiyəsindən güllə yarası alıb. Xızı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını dərhal əməliyyat ediblər. Xəstəxanadan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilib. Hadisə tüfənglə ehtiyatsız rəftar səbəbindən baş verib.
Hadisənin təfərrüatlarını Xızı rayonunun hüquq-mühafizə orqanları araşdıracaq.