Bakıda 19 yaşlı qız intihar etmək məqsədi ilə dixlofos məhlulunu suya qataraq içib.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Zirə qəsəbəsi ərazisində yaşayan 1998-ci il təvəllüdlü F.Ramazanova dixlofos məhlulunu su ilə qarışdırıb içərək intihara cəhd edib. Zəhərlənən F.Ramazanova 18 saylı Təcili Yardım Stansiyasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.