Gədəbəy sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gədəbəy rayonunun Turşsu kəndində kənd sakini Ayaz Cəfərov ehtiyatsızlıqdan tüfəngdən açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan tüfəng A.Cəfərovdan götürülüb.