Romanın cənubunda atışma baş verib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, atışma nəticəsində 4 nəfər xəsarət alıb.

Atışma səhər saatlarında, yerli vaxtla 5 radələrində baş verib. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində hüquq-mühafizə əməkdaşları işləyir. Atışmanın ilkin səbəbi olaraq mübahisə ehtimal edilir.