Təhlükəsizlik tədbirlərimizi 10 qat, silahlarımızı 100 qat artırsaq belə, etnik və ya dini ixtilaf yaranarsa ölkədə sabitlik deyə bir şey qalmayacaq.
Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Dövlət başçısı cəmiyyətdə ən təhlükəli şeyin qütbləşmə olduğunu bildirib.
Qeyd edək ki, son günlərdə ərəblərin kompakt yaşadığı Əhvaz və Xusuzistan bölgəsini genişmiqyaslı etiraz aksiyaları bürüyüb.