Almaniyanın Hidelberq şəhərində avtomobili insanların üzərinə sürən naməlum şəxs polis tərəfindən vurularaq dayandırılıb.

Unikal.org xəbər verir ki, 3 nəfərin yaralanması ilə nəticələnən insidenti törədən bıçaqlı şəxsin polisin əmrinə tabe olmadığı üçün tapança ilə vurulduğu bildirilib.

Yaralı cinayətkarın xəstəxanaya aparıldığı qeyd edilib.

Hələlik onun kim olduğu və hadisəni nə məqsədlə törətdiyi bəlli deyil.