Türkiyə yeni qurum yaradır.
Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım yeni qanun imzalayıb. Qanuna görə, Türkiyə Kosmos Agentliyi yaradılacaq. Qanun layihəsi Türkiyə Milli Məclisinə müzakirə üçün təqdim edilib.
Qanunda göstərilir ki, müasir dövrdə inkişaf etmiş ölkə kimi Türkiyədə kosmos və aviasiya sahəsində xüsusi təkmilləşdirilmiş qurum fəaliyyət göstərməlidir. Bundan sonra Türkiyə Kosmos Agentliyi kimi yaradılacaq bu qurum müstəqil fəaliyyət göstərəcək. Kosmos və aviasiya texnologiyalarının inkişaf etdirilməsində özəl sektor ilə əməkdaşlıq ediləcək.
Qanunda həmçinin göstərilir ki, Türkiyə Kosmos Agentliyi həm də digər ölkələrlə əməkdaşlıq edəcək və elmi mübadilələr apara biləcək. Qurumun tərkibində aviasiya, fizikada, eləcə də, kosmos sahəsində mükəmməl biliyə sahib insanlar xidmət göstərəcək. Qanunda göstərilir ik, Türkiyə Kosmos Agentliyinin işçiləri arasında həm yerli, həm də xarici mütəxəssislər çalışa bilər. Qurumun tərkibində kosmos texnologiyaları ixtisas sahələrinin tədqiqat mərkəzləri və laboratoriyaları yaradılacaq.
Qeyd edək ki, təqdim edilən qanun layihəsi Türkiyə Parlamentində təsdiq edilərsə, mart ayında Türkiyə Kosmos Agentliyi tam fəaliyyətə başlayacaq.
Xatırladaq ki, ötən ilin sentyabr ayında TürkiyÇ-Yaponiya arasında kosmos texnologiyaları sahÇsindÇ ÇmÇkdaşlıq protokolu imzalanıb. Nəqliyyat, Dənizçilik və İnformasiya Nazirliyi ilə Yaponiya Aviasiya və Kosmos Agentliyi arasında peyk və kosmos texnologiyaları sahəsində əməkdaşlıq edilmÇsini nÇzÇrdÇ tutan protokol imzalanıb.
Protokola görə, Türkiyədə kosmos sistemlərində istifadə edilmək üzrə çıxarılan vəsaitlÇrin sınağı beynəlxalq kosmos stansiyasında reallaşdırılacaq.