İsveçin Vennersborq şəhərində qaçqınlar üçün sığınacaqda yanğın baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğın nəticəsində 20-yə yaxın insan xəsarət alıb.
"Yanğın 3-cü mərtəbədə başlayıb. Məlumata görə, 2 nəfər yanğından xəsarət almamaq üçün pəncərədən atlanıb. Onlar ikisi də bədən xəsarətləri aldıqları üçün xəstəxanaya yerləşdirilib", - yerli polis deyib.
Hazırda yanğın söndürülüb.