Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, insanları daşıyan yük avtomobili Meqhalaya ştatında aşıb. Nəticədə 16 nəfər ölüb, təxminən 50 nəfər xəsarət alıb.
Hadisənin sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi və ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.