Baş Nazir 254 nəfəri işdən çıxarıb
Unikal.org xəbər verir ki, son 4 ay ərzində Ermənistanda 258 dövlət işçisi tutduğu vəzifəsindən ya azad olunub, ya da başqa bir işə keçirilib. Bu barədə Ermənistanın baş naziri Karen Karapetyan özünün Facebook səhifəsində yazıb.
"Aparatın Dövlət Gəlirləri Komitəsi ilə ilk görüşündə mən bildirdim ki, DGK-nın qarşısında ciddi vəzifələr durur, bizimlə yalnız tələblərə cavab verən peşəkarlar çalışacaq.
2016-ci ilin noyabr-dekabr üçün vergi və gömrük yığımları, müvafiq olaraq 9,4% və 2,5% olub ki, bu da 2015-ci ilin eyni dövrünün göstəricilərindən yüksəkdi.