Sabah  Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

Unikal.org-un məlumatına görə, bu məsələAvropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb. Qərar martın sonlarında qüvvəyə minəcək. 

Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. 

Avropa Parlamentində səsvermədən vəAvropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.